• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Zelenskidən xaricdəki ukraynalılara: Ölkəyə qayıdın!

DÜNYA

11 Yanvar 2024 | 20:35 | Müəllif: Subhan Mahmudov

Zelenskidən xaricdəki ukraynalılara: Ölkəyə qayıdın!

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə səfərbərliklə bağlı yaşanan problemlərdən dolayı xaricdə hərbi çağırış yaşında olan ukraynalıları ölkəyə qayıtmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Estoniyada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Ukraynada xidmət təkcə cəbhə üçün deyil, bütün ölkə sakinləri üçün vacibdir:

"Əgər onlar hərbi xidmətə çağırış yaşındadırlarsa, Ukraynaya kömək etməlidirlər və Ukraynada olmalıdırlar. İndi mən cəbhədə kimin olması barədə danışmıram.

Əgər xaricdəsinizsə və hərbi xidmətə çağırış yaşındasınızsa, cəbhədə deyilsinizsə, vergi ödəmirsinizsə, qanundan kənar səfərlər etmisinizsə, o zaman suallar yaranır”, - o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR