• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Finlandiya Rusiya ilə sərhədi fevrala qədər açmayacaq

DÜNYA

11 Yanvar 2024 | 21:21 | Müəllif: Subhan Mahmudov

Finlandiya Rusiya ilə sərhədi fevrala qədər açmayacaq

Finlandiya hökuməti Rusiya ilə sərhədin bağlanmasını fevralın 11-dək uzadıb.

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, bubarədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen açıqlama yayıb.

Bildirilir ki, belə bir qərar yanvarın 11-də Dövlət Şurasının ümumi iclasında qəbul ediləcək.
"Milli təhlükəsizlik Finlandiya üçün kritik problem olaraq qalır. Mövcud vəziyyət Finlandiyada yaşayan ruslara və iki ölkə pasportu olanlara mənfi təsir göstərir", - deyə nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR