• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Noyabrda zəhərlənənlərin SAYI AÇIQLANDI - RƏSMİ

CƏMİYYƏT

04 Dekabr 2023 | 15:11

Noyabrda zəhərlənənlərin SAYI AÇIQLANDI - RƏSMİ

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib.

Toksikologiya şöbəsindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 38-i kişi, 54-ü qadın, 15-i isə uşaq olub.

Qəbul olunan xəstələrdən 55-i dərmandan, 23-ü sirkə turşusundan, 9-u etanoldan, 7-si dəm qazından zəhərlənib. 

7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. 

Həmçinin 2 nəfəri ilan, 1 nəfəri həşərat sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 3-ü kişi, 1-i qadın olub.

Aytac Aslan


SON XƏBƏRLƏR