Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 221 yoluxma halı qeydə alınıb, 54 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 585 815, ölənlərin sayı isə 8 286 nəfərə çatıb. Virusa yoluxanlardan 548 951 nəfərin sağaldığı bildirilir.















