• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Soydaşlarımız Taliban üçün ilk hədəfdir" - AÇIQLAMA

SİYASƏT

02 Avqust 2021 | 11:39

"Soydaşlarımız Taliban üçün ilk hədəfdir" - AÇIQLAMA

"Əfqanıstanda yaşayan soydaşlarımızın bir hissəsinin işğaldan azad etdiyimiz ərazilərimizdə məskunlaşmasına icazə verə, şərait yarada bilərik. Xüsusi olaraq qeyd etməliyəm ki, Əfqanıstan Qızılbaşları əsasən Qarabağdan köçürülən Cavanşirlərdir. O Cavanşirlər ki, Qarabağ xanlığını qurmuşdular."

Bakıvaxtı.az xəbər verir ki, bunları Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin keçmiş əməkdaşı Bəhruz Həsənov yaydığı açıqlamada bildirib:

Əfqanıstanda Taliban rejiminin təhdidi altında olan soydaşlarımız-Qızılbaş türkləri bizdən yardım istəyirlər. Onlar Taliban üçün ilk hədəf hesab edilirlər.

Təbii, tarixi təcrübə göstərir ki, Əfqanıstan bataqlıqdır, bu ölkədə baş verənlərə aktiv müdaxilə etmək bizim üçün qətiyyən məqsədəuyğun deyil. Amma soydaşlarımızı da köməksiz buraxa bilmərik. Azərbaycan onların tarixi vətənidir və haqlı olaraq da ana yurdlarından imdad diləyirlər.

Məncə, Əfqanıstanda yaşayan soydaşlarımızın bir hissəsinin işğaldan azad etdiyimiz ərazilərimizdə məskunlaşmasına icazə verə, şərait yarada bilərik. Xüsusi olaraq qeyd etməliyəm ki, Əfqanıstan Qızılbaşları əsasən Qarabağdan köçürülən Cavanşirlərdir. O Cavanşirlər ki, Qarabağ xanlığını qurmuşdular. Bu nəslin şanlı nümayəndələrindən biri məhz Pənahəli xan Cavanşirdir.

Yəni Qarabağ Qızılbaş türklərinin tarixi vətənidir. Onlar vaxtilə Nadir şah tərəfindən məcburi köçürülüblər.

Laçın, Kəlbəcər rayonlarımız də soydaşlarımızın sevinərək məskunlaşacağı yeni yurd yerləri ola bilər.

Bunu da əlavə edim ki, onlar əsasən heyvandarlıq və təsərrüfatla məşğuldurlar. İşğaldan azad etdiyimiz torpaqlarımız isə bu sahələr üzrə çox əlverişlidir.

Aytac Aslan 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR