• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Çindən ABŞ-ın Əfqanıstandan çıxmasına reaksiya

SİYASƏT

31 Avqust 2021 | 17:58

Çindən ABŞ-ın Əfqanıstandan çıxmasına reaksiya

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması hərbi müdaxilənin və öz dəyərlərini başqalarına tətbiq etmək siyasətinin uğursuzluğa məhkum olduğunu sübut edir.

Bakıvaxtı.az xəbər verir ki, çərşənbə axşamına keçən gecə Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatdığını və 20 illik missiyanın bitdiyini açıqladı. Əcnəbilərin və müttəfiqlərin təxliyəsinin aparıldığı Kabildəki hava limanı Taliban hərəkatının tam nəzarətinə keçdi. Taliban sözçüsü Zabiullah Mücahid, ABŞ-ın Əfqanıstanda məğlub olduğunu və məqsədlərinə çata bilmədiyini söylədi.

Çinli diplomat brifinqdə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması digər ölkələrə özbaşına hərbi müdaxilənin, eləcə də öz dəyərlərini və sosial sistemini başqa dövlətlərə tətbiq etmək siyasətinin uğursuzluğa düçar olacağını deyib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026