HƏMAS İsrailin müdafiə naziri Beni Qants ilə Fələstin Muxtariyyətinin sədri Mahmud Abbas arasında keçirilən görüşə reaksiya verib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq bəyanat avqustun 30 -da verildi.
Həmas bildirib ki, bu, xalqımızın kürəyinə sancılmış bıçaq, həmçinin şəhid qanına xəyanətdir.
Təşkilatı onu da əlavə edib ki, Abbas Fələstin xalqını deyil, yalnız özünü təmsil edir.
Qeyd edək ki, daha əvvəl İsrailin müdafiə naziri Beni Gantsın Ramallahda Fələstin milli muxtariyyətinin (PNA) rəhbəri Mahmud Abbasla görüşü haqqında məlumat yayılmışdı.
















