Daha əvvəl xəbər verdiyimiz kimi, çərşənbə günü Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bir günlük səfərlə Bakıya gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan hökumətinin administrasiyası səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclasında iştirak edəcəyini bildirib. Hər iki ölkənin baş nazirlərinin sədrliyi ilə keçirilən görüşdən sonra əməkdaşlıq memorandumları imzalanacaq.
İrakli Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyevlə də görüşəcək.
Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, hökumət administrasiyasının rəhbəri İlya Darchiaşvili daxildir.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















