Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 29 oktybar Türkiyənin milli bayramı – Respublika Günü münasibəti ilə qardaş ölkəni təbrik edib.
Bakıvaxtı.az nazirin tviter paylaşımını təqdim edir:
"Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün Şəhidlərimizi dərin ehtiramla yad edirik".
















