Gürcüstanın müxalifət partiyaları "Agmaşenebeli Strategiyası", "Respublikaçılar Partiyası" və "Azad Demokratlar" oktyabrın 2 -də yerli seçkilərdə vahid cəbhə kimi çıxış etmək üçün "Üçüncü Güc" platformasında birləşdi.
Bakıvaxtı.az xarici xəbər verir ki, "Agmaşenebeli Strategiyası"nın lideri Qeorgi Vaşadze oktyabrın 2-də yerli özünüidarə orqanlarına seçkilər keçiriləcəyini bağlı danışıb: "Yerli hakimiyyət orqanlarına seçkilər ideya baxımından çox önəmlidir, lakin ölkənin yenidən formalaşması prosesinə başlamaq üçün hazırkı seçkilərin xüsusi bir mənası və ölkənin qurması üçün üçüncü qüvvəyə ehtiyac var".
Vaşadzenin fikrincə, Gürcüstan siyasəti hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" və keçmiş hakim "Vahid Milli Hərəkat partiyası" olan iki qütbdən ibarətdir . Onun sözlərinə görə, "Üçüncü Qüvvə" çıxılmaz vəziyyətdən bir yol tapmaq üçün yaradılıb.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















