• Bakı 15° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

"SpaceX" NASA-nın Artemis 4 Ay missiyasını əhatə edən müqaviləsini əldə edib

CƏMİYYƏT

17 Noyabr 2022 | 04:30 | Müəllif: Qalib İbrahimoğlu

"SpaceX" NASA-nın Artemis 4 Ay missiyasını əhatə edən müqaviləsini əldə edib

SpaceX şirkəti NASA-nın Artemis 4 Ay missiyasını əhatə edən müqaviləsini əldə edib.

Bakıvaxtı.az-ın məlumatına görə, SpaceX həmçinin keçən il NASA-dan Artemis 3 Ay missiyasının müqaviləsini də əldə etmişdi. Məhz Artemis 3 missiyası çərçivəsində astronavtlar Ay səthinə ayaq basacaqlar. Artemis 4 missiyası çərçivəsində də astronavtlar Ay səthinə ayaq basacaqlar. Lakin Artemis 4-ün 2027-ci ildə baş tutacağı planlaşdırılır. Tərəflər arasında Artemis 4 missiyası üzrə bağlanmış müqavilənin dəyəri 1.15 milyard dollar təşkil edir.

Bununla belə NASA-nın istəyinə əsasən SpaceX şirkəti Artemis 3 missiyasından əvvəl Aya eniş modulunun pilotsuz uçuşunu reallaşdırmalı və onu Ay səthinə endirməlidir. Qeyd etmək lazımdır ki, Artemis 3 missiyası çərçivəsində astronavtlar tərəfindən istifadə ediləcək eniş modulu məhz SpaceX tərəfindən hazırlanır. Maraqlısı ondadır ki, Artemis 4 missiyası çərçivəsində bir neçə eniş modulundan istifadə ediləcək və onlardan biri də SpaceX-ə məxsus olacaq. Bu isə gələcəkdə NASA-nın qarşısında bir neçə seçim imkanının olacağını mümkün edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026