• Bakı 24° C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Starmer vəzifədən gedəcəyi tarixi açıqlayacaq

DÜNYA

21 Iyun 2026 | 23:59

Starmer vəzifədən gedəcəyi tarixi açıqlayacaq

Böyük Britaniyanın Baş naziri Kir Starmer iyunun 22-də, bazar ertəsi günü tutduğu vəzifədən gedəcəyi tarixi açıqlamağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

"Mövcud məlumatlara görə, bazar ertəsi səhər Starmer vəzifədən getmə qrafikini təqdim edəcək. Belə bir addım Endi Bernemin payız dövrünə qədər partiyada liderlik uğrunda Starmerlə birbaşa mübarizəyə girməyə ehtiyac qalmadan baş nazir kürsüsünə yolunu açacaq", - deyə nəşr bildirir.

Qəzet mənbələrə istinadən qeyd edib ki, Britaniya Nazirlər Kabinetinin nümayəndələri Starmerin öz vəzifəsini könüllü olaraq tərk etməyə hazır olduğunu təsdiqləyiblər.

"The Guardian" vurğulayıb ki, baş nazir əvvəlcə Bernemin onu Leyboristlər Partiyasının və hökumətin rəhbərliyindən uzaqlaşdırmaq səylərinə qarşı çıxmaq niyyətində idi. Buna baxmayaraq, kabinetin 10-dan çox üzvü məxfi söhbətlər zamanı Starmerə vəzifəsini tərk etməsinin zəruri olduğunu başa salıb. Nəticədə hökumət başçısı istirahət günlərini səlahiyyətlərinin mərhələli şəkildə təhvil verilməsi planının hazırlanmasına həsr edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026