• Bakı 30° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Sükut!

CƏMİYYƏT

25 Oktyabr 2021 | 15:35

Sükut!

Qədimlər hansısa tədbirdə, məclisdə və s. az danışan daha savadlı, daha çox kamilləşmiş birisi kimi gözə dəyirdi. İndi isə hər şey dəyişib.

Kim çox danışırsa, və ən əsası da odlu-alovlu, emosianal danışırsa, daha savadlı və daha kamil hesab edilir. Bu çox ciddi bir gözlənti və təəssüflər olsun ki, günümüzün böyük problemlərindəndir. Həyatın əsasının sükut etmək olması və zərurətdən artıq danışmama praktiki irfanın birinci pilləsi hesab edilir.

Yazımda sükut politoligi və sosioloji termin olaraq etiraz etməmək və reksiya verməmək kimi dəyərləndirilmir. Bəlkə də daha ali və daha üstün bir məsaələdən danışmağa çalışıram. Bu mənada nəzərdə tutulan sükütün qeyd edəcəyim üç forması ola bilər.

1. Böyük dil ilə sükut;

Bu elə bildiyimiz danışmamaqdır, dilin sükutudur. Yəni, bir kəsin danışdığı, niqt söylədiyi zaman mənin danışmamağım və sükutum. Sakit dayanıb nəyisə və ya kimisə dinlədiyimiz zaman belə zehnimzdə nələrisə fikirləşirik. Fikirləşmək əslində elə öz-özünlə söhbət etməkdir. Nitq həm böyük dillə danışığa həm də kiçik dillə danışmağa yəni təfəkkürə, fikirləşməyə də aiddir. Bu sükut ikinci növ sükutun müqəddiməsidir.

2. Kiçik dil ilə sükut;

Yəni, mən danışdığım zaman siz tamamilə mənə odaklanmış və mənim dünyama qərq olmuş haldasınız. Danışdığım barədə zehninizə gələnlərin müzakirəsini də mənim nitqim tamamilə bitdikdən sonraya saxlayırsınız. Yuxarıda qeyd etdiyim birinci növ (böyük dil ilə) sükut hasil olmayınca ikinci növ sükutun baş tutması mümkünsüz görsənir.

3. Zehni sükut;

İslam arifləri bu növ sükuta ( rəf əl-xatirat vəl xuturat) xatırlamanın, ürəkdən keçirmənin, zehnə gəlmnin tərk olunması deyir. Budda təlimində də buna zehnin sükutu deyilir. Əvvəldə qeyd olunan iki növ sükut yalnız aratorun və dinləyicinin olduğu zaman məna kəsb edir. Lakin bu üçüncü növ daha yüksək mərhələdir, tənhalıqda belə sükut etməkdir.

Biz tənha olduqda belə adətən nələrisə fikirləşir, xatırlayır və ya ürəyimizdən keçiririk. Ümumiyyətlə dəftərin rəngindən pərdəyə keçir, pərdədən divara, divardan da hansısa bir ideyaya bağlılıq tapır və düşünürük.

Deyərdim ki, buddizmdəki qədər heç bir ayində sükuta bu qədər təkid edilməyib. Hətta onlarda böyük dil sükutunun özü belə 4 hissəyə bölünür. Yemək yeyən vaxtı sükut, gün ərzində 2 saat, həftə ərzində bir gün və il ərzində 2 həftə davamlı olaraq sükut ( susmaq orucu və ya sükut andı da deyillər) vacibdir.

Sükutun bizim psixoloji cəhətdən sağlamlığımıza böyük və müsbət təsirləri var. Bunu da biləsiniz ki, yuxarıda qeyd etdiyim sükutun üç növü aydınlanmanın açarıdır.

Danışmağı hamı bacarır, seçilmişlər isə sükutdan sonra danışmağa başlayanlardır. Özümə və sizə sükutu tövsiyə edirəm!

Bəhruz Camal


SON XƏBƏRLƏR

01 Avqust 2025