• Bakı 32° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Nazir: Azərbaycan təbii qazının Suriyaya çatdırılması enerji körpüsünün əsasını qoyur

İQTİSADİYYAT

02 Avqust 2025 | 12:42

Nazir: Azərbaycan təbii qazının Suriyaya çatdırılması enerji körpüsünün əsasını qoyur

Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olmaqla yanaşı, Cənubi Qafqazla Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı keçirilən tədbirdə deyib.

    O qeyd edib ki, ilkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1,2 milyard kubmetrə qədər nəzərdə tutulur.

    “Bu təchizatın Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq. Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaqdır”, -nazir əlavə edib.


    SON XƏBƏRLƏR

    01 Avqust 2025