• Bakı 31° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Kinorejissor Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görülüb - FOTO

CƏMİYYƏT

02 Avqust 2025 | 16:19

Kinorejissor Ayaz Salayev Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görülüb - FOTO

Avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində tanınmış kinoşünas, rejissor, ssenarist, pedaqoq, Əməkdar incəsənət xadimi Ayaz Salayev ilə görüş olub.

Bakıvaxtı.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli rejissoru 65 illik yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. 

Ayaz Salayevin Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərini qeyd edən nazir onun kinoşünas kimi də təqdirəlayiq işlər gördüyünü bildirib.

Adil Kərimli rejissorun milli kinematoqrafiyanın inkişafına verdiyi töhfələrə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və təltifi yubilyara təqdim edib. Ayaz Salayev fəaliyyətinə göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

Görüşün sonunda sənətkarla xatirə şəkli çəkdirilib.


SON XƏBƏRLƏR