• Bakı 32° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Aprel şəhidinin atası vəfat etdi - FOTO

CƏMİYYƏT

02 Avqust 2025 | 13:05

Aprel şəhidinin atası vəfat etdi - FOTO

Aprel döyüşləri şəhidi Orxan Hümmətovun atası​ vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, şəhid atası Kazım Hümmətov ötən gün Şəkidə 63 yaşında dünyasını dəyişib.

Onun onkoloji xəstəlikdən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, O. Hümmətov 4 noyabr 1992-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşub. 2016-cı ilin aprelin 2-si həmin istiqamətdə şəhid olub.

Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif
edilib.


SON XƏBƏRLƏR

01 Avqust 2025