• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 Braziliyada heyvanların üzərində sınaq keçirilməsi qadağan edildi

DÜNYA

02 Avqust 2025 | 16:41 | Müəllif: Gülşən Şərif

Braziliyada heyvanların üzərində sınaq keçirilməsi qadağan edildi

Braziliya prezidenti Luiz İnasio Lula da Silva kosmetik maddələrin heyvanlar üzərində sınaqdan keçirilməsini qadağan edən qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Braziliya hökuməti məlumat yayıb.

Qeyd olunur ki, qanun hər hansı kosmetika, ətir və şəxsi gigiyena məhsullarının sınaqdan keçirilməsini qadağan edir.

Məlumata görə, ölkədəki şirkətlər heyvanların kosmetika istehsalında istifadə olunmayacağına dair yazılı təsdiq təqdim etməlidirlər. Prezident yeni qaydaları “heyvanların suverenliyinin qorunması” adlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026