• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Sumqayıt-Bakı qatarı reysə çıxmadı - Səbəbi məlum oldu

CƏMİYYƏT

22 Noyabr 2023 | 10:52

Sumqayıt-Bakı qatarı reysə çıxmadı - Səbəbi məlum oldu

Bu gün səhər saatlarında Bakıətrafı sürət qatarından istifadə edən sərnişinlər xeyli müddət platformalarda qalmalı olublar.

Bakıvaxtı.az xəbər verir ki,  saat 07:05-də Sumqayıtdan Bakı istiqamətinə yola çıxmalı olan Sumqayıt-Pirşağı-Bakı sürət qatarı qeyri-müəyyən səbəblərə görə xəttə çıxmayıb.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə bildirilib ki, Abşeron dairəvi dəmir yolu xəttində rabitə və işarəvermə xəttinə kənar müdaxilə olub:

“Yəni kimlərsə oğurluq məqsədilə elektrik naqillərini kəsib götürüb. Nəticədə bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı xəttində işıqforlar daimi olaraq qırmızı yanıb. Ona görə də, qatarların hərəkət qrafikində müvəqqəti gecikmə baş verib. Lakin oğurluq səbəbindən baş vermiş texniki nasazlıq qısa müddətdə aradan qaldırılıb. Hazırda Bakı ətrafındakı dəmir yollarında qatarlar mövcud qrafikə uyğun hərəkət edir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026