• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Poçt ödənişləri ilə bağlı QƏRAR

CƏMİYYƏT

22 Dekabr 2023 | 09:59

Poçt ödənişləri ilə bağlı QƏRAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası 4 fevral 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları"nda dəyişiklik edib.

Bakıvatı.az xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra vətəndaşlar sözügedən sistemlə həyata keçirdikləri ödənişlərin təsdiqinə dair çıxarışları 5 il ərzində əldə edə biləcəklər. İndiyə qədər bu müddətə məhdudiyyət yox idi.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026