Sumqayıt şəhərində ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Bu barədə Bakıvaxt.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















