• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sumqayıtda kütləvi zəhərlənmə - YENİLƏNİB

CƏMİYYƏT

08 Fevral 2024 | 21:48 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda kütləvi zəhərlənmə - YENİLƏNİB

Sumqayıtda istehsal müəssisələrindən birində baş verən kütləvi zəhərlənmə ilə bağlı rəsmi açıqlama yayılıb. 

Sumqayıt Tibb Mərkəzindən Bakıvaxtı.az-a daxil olan açıqlamada deyilir: 

"08.02.2024-cü il tarixində saat 17:50 radələrində Sumqayıt şəhərində yerləşən müəssisələrdən birində baş verən zəhərlənmə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 briqadası hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində 4 nəfər hospitalizasiya olunub. Dəm qazının toksiki təsiri diaqnozu ilə 1951, 1961, 1968 və 1996-cı il təvəllüdlü  şəxslər (qadın cinsli) Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

1996-cı il təvəllüdlü şəxsə Reanimasiya şöbəsində, digərlərinə isə Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir".

21:00

Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub.

Bakıvaxtı.az xəbər verir ki, müəsisədə işləyən 4 qadın - Behbudova Asudə Əşrəf qızı, Əliyeva Nuranə Pərviz qızı, Mahmudova Gülpəri İbrahim qızı, Yarmədova Simnarə Ağabəy qızının dəm qazından zəhərləndikləri bildirilir.

Zəhərlənənlər xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026