Sumqayıt şəhərində, “Qurd dərəsi” yaşayış massivində yaşayan 42 yaşlı Anatoli Serebyakov keçmiş həyat yoldaşı tərəfindən həm maddi zərər, həm də fiziki zorakılığa məruz qaldığını iddia edir.
Bakıvaxtı.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Anatoli Serebyakov illər öncə Aytən Mehbalıyeva ilə ailə həyatı qurub.
Cütlük uzun müddət qızıl alveri ilə məşğul olublar. İddiaya görə, Anatoli Serebyakov həyat yoldaşının gizli şəkildə bütün əmlak və vəsaitləri öz qardaşının adına keçirdiyini öyrənib. Bu hadisədən sonra ona boşanma ərizəsi təqdim olunub.
Digər iddiasına görə, Aytən Mehbalıyeva boşandıqdan qısa müddət sonra üç nəfər şəxslə birlikdə keçmiş ərinin yaşadığı evə gələrək onu amansızcasına döydürüb.
Bu ittihamları isə keçmiş həyat yoldaşı olan Aytən Mehbalıyeva qəbul etmir. Üç uşaq anası olan qadın Anatoli Serebyakovun ona şər atdığını deyir.
Hadisənin bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən tam araşdırılıb və toplanmış matriallar məhkəməyə göndərilib.
Bakı 


