• Bakı C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Yanğında ölən Könül Vəlibəylinin xəsarət alan qızı ilə bağlı YENİ XƏBƏR

CƏMİYYƏT

25 Noyabr 2025 | 22:29

Yanğında ölən Könül Vəlibəylinin xəsarət alan qızı ilə bağlı YENİ XƏBƏR

Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyətində irəliləyiş var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında yazıblar.

“Dəyərlimiz Könül Vəlibəylinin qızı Ləman Qulamovanın Yeni Klinikada müalicəsi davam edir. Həkimlərin bildirdiyinə görə, vəziyyətində az da olsa irəliləyiş var, ancaq həyati təhlükəsi davam edir, hələ də süni tənəffüs aparatına bağlıdır. Süni tənəffüs aparatından ayrıldıqdan sonra beyin müayinəsi aparılacaq, bu proses isə ən azı 2 həftə davam edəcək. Hazırda həkimlər Ləmanın yaşaması üçün əllərindən gələni edirlər”,- deyə bildiriblər.

Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır.


SON XƏBƏRLƏR

25 Noyabr 2025