• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Sürücü pilləkəndən avtomobillə endi - VİDEO

DÜNYA

13 May 2022 | 18:36 | Müəllif: Subhan Mahmudov

Sürücü pilləkəndən avtomobillə endi - VİDEO

İstanbulda, Küçükçekmecedə sürücü avtobusdan enən piyadaların istifadə etdikləri pilləkənlərdən avtomobillə enib. Bu maraqlı hadisə təhlükəsizlik kameralarına düşüb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, küçədə avtomobili ilə hərəkətdə olan sürücü küçənin sonuna gəldikdə pilləkənləri görərkən bir az dayanıb və sonra enə biləcəyini düşünərək avtomobillə yoluna davam edib. Bu zaman pilləkənlərlə qalxan bir piyada qarşısında enən avtomobili gördükdə təəccüb içində geri çəkilib.

Avtomobil pilləkənlərdən endikdən sonra səkidə dayanan bir motosikleti görərək maşından enib və ətrafda olan satıcılara etirazını bildirib.

"Bu motosikleti burada niyə saxlamısınız? Mən indi yoluma necə davam edim?" - deyə aqressiya nümayiş etdirib. Satıcılar tərəfindən sakitləşdirilən sürücü avtomobilinə mindirilib və yoluna davam edib.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026