Bir il bundan əvvəl birgünlük antiterror əməliyyatı ilə ölkəmizdə separatizmin kökü kəsildi, beynəlxalq hüquq zəfər çaldı.
Əzəli torpaqlarımızdan öz xoşları ilə “dabanlarına güc verib əkilənlər” yeni tarixi şəraitin tamamlanmasına təkan oldular.
Xankəndidə Qarabağ Universitetinin yaradılması əzəli torpaqlarımızın ənənəvi simasının özünə qaytarilmasında böyük təkan oldu. Hazırda universitetin 1200 tələbəsi var və ölkəmizin bütün bölgəsini əhatə edir.
Qarabağ Universitetində professor-müəllim heyəti,tələbə kontingenti və ictimaiyyət nümayəndələri ilə görüşündə cənab prezident bir sıra ciddi nüanslara toxundu.
Öncə Çar Rusiyasının işğalı ilə konkret olaraq “Kürəkçay”,”Gülüstan”və “Türkmənçay müqavilələri ilə ölkəmizin işğal tarixini xatırlatdı. Xüsusilə, İrəvan xanlığı ərazisində Ermənistan Respublikasının yaradılması, Sovet dövrundə isə Zəngəzuru ələ keçirmələri, nəhayət 1923-cü ildə əzəli torpaqlarımızda “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı qondarma qurumu-canımıza müsəllat olan saatlı bombanı yerləşdirməklə burada kütləvi erməniləşmə siyasəti aparıldı.
Yalnız Ulu Öndər Hüydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə buradakı separatizm yuvası dağıdıldı, cənab prezidentin də dediyi kimi azərbaycanlıların sayı 9 faizdən 30 faizə çatdırıldı, buraya Ağdamdan dəmir yolu xətti çəkilməklə buradakı azərbaycanlıların da soydaşlaımızla ünsiyyəti intensivləşdi, Sərsəng,Suqovuşan su anbarları tikildi.
1987-ci ildə Ulu Öndərin istefasından dərhal sonra məlum separatizm yenidən alovlandı. Acı nəticəsini də daddılar. Xalqımızla bir yerdə yaşamağa üzləri olmadığından buraları tərk etdilər.
Bir anlığa təsəvvür edək əgər 1993-cü ildə Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətin sükan arxasına keçməsəydi, kim bilir başımıza nələr gələcək idi.
Ötən illər ərzində Əliyevlər hakimiyyətinin qətiyyəti ilə əldə edilən nəticələr isə göz qabağındadır.
Dövlətimizin başçısının çıxışında toxunduğu digər ciddi məsələlərdən biri təlim-tərbiyə işləri ilə bağlıdır.
Prezident bunun üçün iki mənbəni xüsusi vurğuladı: ”İki tərbiyə mənbəyi var-ailə və müəllim. Xoşbəxtlikdən Azərbaycanda ailə dəyərləri üstün tutulur və həmişə belə olmalıdır. Bizim ənənələrimiz bunu diktə edir və eyni zamanda, bəzi Qərb ölkələrində ailə dəyərlərinin tamamiləeybəcər formasına düşməsi hər birimizdə haqlı olaraq ikrah hissi doğurur.Ona görə ailə dəyərləri,ailə tərbiyəsi birinci növbədə qorunmalıdır”.
Dövlət başçısı qeyd etdi ki, müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq,eyni zamanda,onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər: “İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar”.
Bu müharibə ilə göstərdik ki, güclü iradə, peşəkarlıq və vətənpərvərlik ruhu qələbəmizin rəhni oldu. Biz həm də müstəmləkəçilikdən və lokal münaqişələr üçün nümunə olduq,onların mübarizə ruhunun simvoluna çevrildik. Ali Baş Komandan və qalib prezidentin sozləri ilə desək, “quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr -Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki,hər bir addım əvvəlkiaddımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr -Dövlət Suverenliyi Günü idi”.
Həsən Bayramov,
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İcmanın Binəqədi rayon nümayəndəsi, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri və professoru, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki
Bakıvaxtı.az






jpg-1729603772.webp)



_1686320603jpeg-1729599907.webp)




