• Bakı 19° C

    1.37 m/s

Taliban bu əyalət mərkəzini ələ keçirdi

DÜNYA

09 Avqust 2021 | 23:36 | Müəllif: Subhan Mahmudov

Taliban bu əyalət mərkəzini ələ keçirdi

Taliban qruplaşması Əfqanıstanın Samanqan əyalətinin mərkəzi şəhəri olan Aybakı ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, terror qruplaşması ələ keçirdikləri rayonlarda yerləşən həbsxanalarda olan dustaqları azad ediblər.

Yerli telekanallar şəhərin böyük hissəsinin terrorçuların əlinə keçdiyini, hökumət qoşunlarının döyüşsüz geri çəkildiklərini bildiriblər. Talibanın şəhərdəki bir neçə inzibati bina, o cümlədən qubernatorluğun binası, polis qərargahı, kəşfiyyat idarəsini ələ keçirdiyi deyilir.

Taliban isə açıqlamasında Aybakın tamamilə ələ keçirildiyini elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR