• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Taliban” qadınlara idmanı qadağan etdi

DÜNYA

08 Sentyabr 2021 | 23:02 | Müəllif: Subhan Mahmudov

“Taliban” qadınlara idmanı qadağan etdi

"Taliban" Əfqanıstanda qadınlara idmanla məşğul olmağı qadağan edib.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın mədəniyyət üzrə komissiya sədrinin müavini Əhmədulla Vasik bildirib. O qeyd edib ki, qadağa kriket oyunçularına da aiddir:

"Qadınların kriket oynamasına icazə verilməyəcək. Çünki lazım deyil. Kriketdə elə bir vəziyyət yaranar ki, onların üzləri və bədənləri görünə bilər. Buna da İslam və İslam Əmirliyi icazə vermir".

Vasikin sözlərinə görə, "Taliban" bu məsələ ilə bağlı hər hansı güzəştə getməyəcək.

Qeyd edək ki, kriket Əfqanıstanda ən məşhur idman növüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR