Rusiyada müvəqqəti olaraq fövqəladə hallar naziri vəzifəsini icra edəcək şəxsin kimliyi bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məlumata əsasən, fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəvi şəkildə həlak olmasından sonra nazirin birinci müavini general-polkovnik Aleksandr Çupriyan müvəqqəti olaraq bu vəzifəni icra edəcək.
















