Batuminin mərkəzində 5 mərtəbəli yaşayış binasının bir hissəsi uçub.
Bakıvaxtı.az “Batumelebi” agentliyinə istinadən xəbər verir ki, binanın uçması nəticəsində xəsarət alanlar var.
Hazırda hadisə yerində xüsusi texnika, xilasetmə briqadaları və təcili tibbi yardım əməkdaşları çalışır.
















