• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Təcili eniş edən təyyarədə SƏRNİŞİN ÖLDÜ

DÜNYA

24 Avqust 2022 | 18:13 | Müəllif: Qalib İbrahimoğlu

Təcili eniş edən təyyarədə SƏRNİŞİN ÖLDÜ

Keniya Hava Yollarının Nyu-York-Nayrobi reysi ilə uçan sərnişin təyyarəsi Kasablanka hava limanına təcili eniş edib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən xəbərinə görə, buna təyyarədə olan sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəb olub.

Aviaşirkətdən verilən açıqlamada bildirilir ki, Kasablankada sağlamlıq personalı tərəfindən vəziyyəti yoxlanılan sərnişinin öldüyü məlum olub. Yerli mətbuat sərnişinin uçuş zamanı tənəffüs problemi olduğunu qeyd edib.

Aviaşirkət ölən sərnişinin yaxınlarına başsağlığı verib və uçuşun pozulmasına görə digər sərnişinlərdən üzr istəyib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026