• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Putinin nüvə silahı ilə zərbə endirməsi... " - Zelenski

DÜNYA

23 Sentyabr 2022 | 17:07

"Putinin nüvə silahı ilə zərbə endirməsi... " - Zelenski

"Dünya Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə zərbə endirməsinə imkan verməməlidir".

Bakıvaxtı.az  "RBK Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukrayna dövlət başçısı Volodimir Zelenski "Ouest-France" nəşrinə müsahibəsində bildirib.

Zelenski hesab edir ki, beynəlxalq təzyiqlər Putinə Ukraynaya qarşı nüvə silahından istifadə etməyə imkan verməyəcək. Bununla yanaşı, o, Kreml rəhbərinin növbəti addımlarını heç kimin proqnozlaşdıra bilməyəcəyini bildirib: "Putinin sabah nə edəcəyini kimsə bilmir. Onun üçün həqiqəti danışmaqla yalan söyləmək arasında, demək olar, fərq yoxdur".

Rusiyada artıq qismən səfərbərliyin icrasına başlanıldığını bildirən Ukraynanın dövlət başçısı müsahibəsində rusları müharibəyə etiraz etməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026