• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ATƏT  Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

DÜNYA

23 Sentyabr 2022 | 17:21

ATƏT Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-13-də baş verən gərginliyi ATƏT-in fəaliyyətdə olan sədri və üzv ölkələrin XİN başçıları müzakirə ediblər.

Bakıvaxtı.az  xəbər verir ki, məlumatı ATƏT-in saytı yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, İsveçin xarici işlər naziri Ann Linde, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə yanaşı ATƏT-in Baş katibi Helqa Mariya Şmidt də iştirak edib.

Məlumata görə, diplomatlar ATƏT-in bu istiqamətdə daha fəal iştirakının vacibliyindən danışıblar. Onlar Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etməsinin aktual olduğunu qeyd edərək bu istiqamətdə ATƏT-in regiondakı təcrübəsini xatırladıblar.

Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 77-ci sessisyası çərçivəsində baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026