• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Çavuşoğlu "Xüsusi əməliyyat"ı müharibə adlandırdı

DÜNYA

23 Sentyabr 2022 | 17:20

Çavuşoğlu "Xüsusi əməliyyat"ı müharibə adlandırdı

"Rusiyadakı qismən səfərbərlik müharibəni daha da uzada bilər".

Bakıvaxtı.az  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələni Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə edib.

"O, öz ölkəsinin qərarlarını müdafiə edir. Qismən səfərbərlik hər ölkənin öz haqqıdır. Səbəb davam edən müharibədir. Bizim səylərimiz Ukrayna və Rusiya liderlərini görüşdürüb, savaşa ən qısa vaxtda son verməkdir”, - o bildirib.

M.Çavuşoğlunun fikrincə, iş Rusiya və Ukrayna tərəfləri ilə danışıqlar aparmaqla bitmir: XİN başçısı vurğulayıb ki, müharibənin uzanmasını istəyən digər tərəfləri də razı salmaq lazımdır: “Biz həmişə deyirik ki, müharibənin qalibi, ədalətli sülhün məğlubu olmaz”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026