Mersinli Hande Macit Almaniyanın Meklenburq-Ön Pomeraniya Hersoqluğunun vəliəhd şahzadəsi Georg Alexander ilə evlənərək Düşes titulunu alıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Hersoq ailəsinin bölgədə bir əsrdən artıqdır ki, ilk toyuna maraq hədsiz dərəcədə artıb.
Kilsədə baş tutan toy mərasimində iştirak etmək üçün 500-ə yaxın qonaq Neustrelitzə gəlib. Toyda H.Macitin yaxın qohumları da iştirak edib.
Təxminən 30 dəqiqə davam edən toy mərasimindən qısa müddət sonra vəfat edən İngiltərə kraliçası II.Elizabetin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nuranə Daxilqızı



















