• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

THY  UEFA Çempionlar Liqasının sponsoru oldu

İDMAN

05 Sentyabr 2022 | 16:15

THY UEFA Çempionlar Liqasının sponsoru oldu

Türkiyənin "Türk Hava Yolları" aviaşirkəti UEFA Çempionlar Liqasının sponsoru olub.

Bakıvaxtı.az xəbər verir ki, sponsorluq müqaviləsi, həmçinin UEFA Superkuboku, Gənclər Liqası və Futzal Çempionlar Liqasını əhatə edəcək.

"Türk Hava Yolları" Çempionlar Liqasına sponsorluq edən ilk aviaşirkət adını qazanıb. Hazırda bu turnirin sponsorları arasında "PlayStation", "Heineken", "PepsiCo", "Mastercard", "FedEx" kimi şirkətlər yer alıb.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı 2023-cü iyunun 10-da İstanbulda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026