• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ticarətdə "Rusiya şübhəsi" ilə bağlı sanksiyalar

DÜNYA

22 Iyun 2023 | 10:59

Ticarətdə "Rusiya şübhəsi" ilə bağlı sanksiyalar

Avropa İttifaqı Rusiyaya qarşı daha sanksiya paketi razılaşdırıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, sayca 11-ci olan yekun paketin əsas məqsədi Rusiyaya qarşı sanksiyalardan yan keçmək və Moskvanın məhdudlaşdırılan məhsullara çıxışına mümkün qədər imkan verməməkdir.

Yeni paketə əsasən, üçüncü ölkələr və ya şirkətlər Qərbin Rusiyaya qarşı sanksiyalarına əməl etməsələr və ya qadağan olunmuş malların ticarətinin qəfil artmasını izah etməsələr, Aİ-nin cəzaları ilə üzləşə bilərlər.

Sanksiyalar həmçinin ikili təyinatlı həssas malların və texnologiyanın onları Rusiyaya sata bilən ölkələrə satışına məhdudiyyətlər qoymağa, Rusiya hərbi və müdafiə sənayesinə xidmət edə biləcək məhdudiyyətli malların siyahısını genişləndirməyə imkan verir.

Rusiya neftini gizli şəkildə dənizə daşımaqda şübhəli bilinən gəmilərin də Aİ limanlarına girişi qadağan edilib. Aİ-nin Rusiyaya qarşı sanksiyalarının tərəfi olmayan Türkiyə martın 1-dən etibarən məhdudiyyət çərçivəsində olan mal və məhsulların Aİ-dən Rusiyaya tranzit satışının qarşısını alır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026