• Bakı 25° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

"Krım körpüsü zərərsizləşdirilməlidir" - Zelenski

DÜNYA

22 Iyul 2023 | 00:30 | Müəllif: Subhan Mahmudov

"Krım körpüsü zərərsizləşdirilməlidir" - Zelenski

Krım körpüsü ukraynalı hərbçilər üçün hədəfdir. Onu zərərsizləşdirmək lazımdır, çünki işğalçılar ondan müharibə üçün istifadə edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Aspen Təhlükəsizlik Forumunda deyib.

Zelenskinin sözlərinə görə, Krım körpüsü sadəcə “kiçik logistik yol” deyil, çünki onun köməyi ilə rus qoşunları sursat alır və bütün yarımadanı hərbiləşdirir.

“Bizim üçün bu, qanundankənar, beynəlxalq hüquq və qüvvədə olan normalardan kənar tikilmiş düşmən obyektidir. Ona görə də bizim məqsədimiz budur. Sülh deyil, müharibə gətirən istənilən məqsəd zərərsizləşdirilməlidir”, - Prezident vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026