"Ukrayna prezidenti Volodimir Zelenski hələ də KVN-də oynadığına inanır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Aleksey Juravlev öz "Telegram" kanalında yazıb.
Deputat Ukrayna liderinin Rusiyanın Belqorodunu Kiyevin NATO-ya üzvlüyü ilə mübadilə etməyə hazır olması barədə sözlərini şərh edib: "Dəli hələ də KVN-də oynadığına inanır. Hətta Danimarkanın baş naziri belə zarafatları başa düşmür".
















