• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Tiflisin mərkəzində ATIŞMA: Ölən və yaralanan var

DÜNYA

04 May 2023 | 23:28 | Müəllif: Subhan Mahmudov

Tiflisin mərkəzində ATIŞMA: Ölən və yaralanan var

Mayın 4-də Gürcüstanın paytaxtının mərkəzində iki iş adamı arasında atışma olub. Hadisə nəticəsində onlardan biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Qoqebaşvili küçəsində iş adamları Qiço Marqvelaşvili və Saba Qaxokia arasında toqquşma olub. Qaxokia Marqvelaşviliyə atəş açıb. Lakin Marqvelaşvilinin mühafizəçisi cavab atəşilə Qaxokianı öldürüb. Marqvelaşvili isə hazırda əməliyyat olunur. O, ayaqlarından yaralanıb.

Bildirilir ki, atışmadan əvvəl “Lavera” restoranında 15-ə yaxın adamın iştirakı ilə dava olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026