• Bakı 18° C

    7.01 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Tomas Tuxel istefa verdi

İDMAN

07 Sentyabr 2022 | 13:26

Tomas Tuxel istefa verdi

İngiltərənin "Çelsi" klubu baş məşqçisi Tomas Tuxellə yollarını ayırıb.

Bakıvaxtı.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna "zadəganlar"ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyada Zaqreb "Dinamo"suna 0:1 hesablı məğlubiyyəti səbəb olub.

Yeni baş məşqçinin tezliklə açıqlanacağı və həmin vaxtadək komandanı Tuxelin köməkçilərinin hazırlaşdıracağı bildirilib.

Qeyd edək ki, almaniyalı məşqçi ötən ilin 26 yanvarında "Çelsi" ilə 18 aylıq müqavilə bağlamışdı. O, "Çelsi"yə Çempionlar Liqası, UEFA Superkuboku və klublarası dünya çempionluğunu qazandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR