• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Toya görə cərimələnənlər azalıb

CƏMİYYƏT

26 Yanvar 2022 | 09:23 | Müəllif: Subhan Mahmudov

Toya görə cərimələnənlər azalıb

Yanvarın  25-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 94 toy şənliyinin monitorinqini həyata keçirib.  


Bakıvaxtı.az xəbər verir ki, monitorinq 93 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.


Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:


- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  


- 21 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026