ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Tramp seçkilərlə bağlı açıqlama verib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, o, öz açıqlamasında bildirib:
"5 noyabr ölkəmiz tarixində ən mühüm gün olacaq. Bu seçkilər indiyə qədər keçirilən ən mühüm seçkilər olacaq. Yəqin ki, tariximizin ən mühüm günü olacaq",- Tramp qeyd edib.
Sui-qəsddən qeyri-qanuni immiqrasiya probleminə, iqtisadiyyatdan xarici siyasətə qədər demək olar ki, hər mövzuda fikirlərini bildirən Tramp 2 saat davam edən müsahibəsində bu problemlərə görə seçkidəki rəqibi Kamala Harris və hazırkı prezident Co Baydeni günahlandırıb.