ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Moskva və Kiyevin danışıqlardakı mövqelərini yaxınlaşdırmaq barədə bir saata yaxın danışdığını, həmçinin Rusiya lideri Vladimir Putinlə son təmaslarının nəticələrini bölüşdüyünü bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"İndicə Ukrayna prezidenti Zelenski ilə çox yaxşı telefon danışığını tamamladıq. Təxminən bir saat davam etdi. Söhbətimizin bir çox aspektləri prezident Putinlə dünənki söhbət üzərində qurulub. Məqsəd Rusiya və Ukraynanı onların istək və ehtiyacları baxımından bir-birinə yaxınlaşdırmaq olub. Biz bu istiqamətdə irəliləyirik", - deyə Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin bildirib ki, o, dövlət katibi Marko Rubioya və milli təhlükəsizlik müşaviri Mayk Uoltsa qaldırılan məsələlərin ətraflı təsvirini təqdim etməyi tapşırıb.
Onun sözlərinə görə, müvafiq bəyanat yaxın vaxtlarda Dövlət Departamenti tərəfindən dərc olunacaq.
19:13
ABŞ prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.