• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Türkiyənin zərərsizləşdirdiyi terrorçuların sayı 32-ə çatdı

DÜNYA

13 Yanvar 2024 | 16:12

Türkiyənin zərərsizləşdirdiyi terrorçuların sayı 32-ə çatdı

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatının daha 9 üzvünü öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Həmçinin bildirilib ki, Suriyanın şimalından Türkiyə ərazisinə 12 nəfərlik terrorçu qrupunun daxil olmaq cəhdinin qarşısı alınıb.

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub. Türkiyə ordusu ərazidə əməliyyatları davam etdirir.

***

11:46

Türkiyə ordusu İraqın və Suriyanın şimalında 20 terrorçu öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hədəflərə həm qurudan, həm də havadan zərbələr endirilib.

Məlumata görə, ərazidə əməliyyat davam edir.

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026