• Bakı 23° C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Tusk: Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir

DÜNYA

22 Iyun 2026 | 01:02

Tusk: Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir

Polşanın Baş naziri Donald Tusk Polşa və Ukrayna siyasətçilərinin qarşıdurmaya sürüklənməsini ciddi strateji səhv adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

“Polşa və Ukrayna siyasətçilərinin münaqişəyə cəlb edilməsi strateji səhvdir. Bu, hər iki tərəfə biznes, geosiyasət və reputasiya baxımından ciddi zərər vuracaq. Siyasətdə isə səhv bəzən cinayətdən də pis olur”, - deyə Tusk bildirib.

Polşa hökumət başçısı əlavə edib ki, hazırda Avropadakı tərəfdaşları ilə birlikdə gərginliyi azaltmaq və kompromis həll yolları tapmaq üçün çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Iyun 2026