"Twitter" istifadəçilərinin narazı qalacağı bir funksiya hazırlanır.
Bakıvaxtı.az xəbər verir ki, "Twitter" "Instagram"ın sevilən funksiyasını əldə edəcək, lakin bu, stalkerlərin xoşuna gəlməyəcək. Funksiyanın gələcəyini eşidən şəxslərin bir qismi müsbət, digərləri isə “ehtiyac yoxdur” şərhini yazıb.
"Twitter"-də yeni yaradılacaq funksiyanın adı “Toplu” olacaq. Bu funksiya sayəsində göndərilən tvitlərin altında "Bu tviti görə bilərsiniz, çünki onu paylaşan şəxs sizi öz toplusuna əlavə etdi" yazısının olacağı deyilir.
Nuranə Daxilqızı
















