• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Instagram"da YENİ FUNKSİYA - Özəl mesaj göndərmədən...

MULTİMEDİA

16 Fevral 2022 | 07:13 | Müəllif: Qalib İbrahimoğlu

"Instagram"da YENİ FUNKSİYA - Özəl mesaj göndərmədən...

Instagram sosial şəbəkəsi Private Story Likes adlı funksiyanın inteqrasiyası üzərində çalışır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu funksiya vasitəsilə istifadəçilər bu və ya digər Stories paylaşımına reaksiya bildirə biləcəklər. Bununla belə bu halda Stories paylaşımının müəllifinə ayrıca mesaj göndərməyə ehtiyac qalmayacaq. Daha öncə hər hansı bir Stories paylaşımına smaylik vasitəsilə reaksiya bildirən zaman seçilmiş smaylik mesaj şəklində Stories paylaşımını etmiş müəllifə göndərilirdi.

Beləliklə yeni funksiya mesaj bölməsinə əlavə mesaj göndərmədən Stories paylaşımına reaksiya bildirmək imkanını verəcək. Maraqlısı ondadır ki, Stories paylaşımlarında reaksiyaların ümumi sayını əks etdirən xüsusi sayğac göstərilməyəcək (technote.az). Bu isə sosial şəbəkənin istifadəçilərin ana səhifələrində kontentlərin əks etdirilməsi üsulundan tamamilə fərqlənir. Qeyd etmək lazımdır ki, Instagram istifadəçilərin ana səhifələrindəki gizli like etmə özəlliyini 2 ilə yaxın test edirdi. Stories paylaşımlarına verilmiş reaksiyalara gəldikdə isə onları yalnız paylaşımın statistikasında görmək mümkün olacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026