• Bakı 23° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

UEFA “Barselona”nı cəzalandırdı

İDMAN

18 Aprel 2024 | 21:15 | Müəllif: Subhan Mahmudov

UEFA “Barselona”nı cəzalandırdı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən PSJ – “Barselona” matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, qurumun İntizam Komitəsi İspaniya klubunu cəzalandırıb.

La Liqa təmsilçisi azarkeşlərin davranışı üzündən 32 min avro cərimə ödəyəcək. “Barselona”nın növbəti səfər oyununa bilet satışına şərti qadağa qoyulub. Sınaq müddəti bir il təyin edilib.

Qeyd edək ki, səfərdə 3:2 hesablı qələbə qazanan “Barselona” cavab oyununda 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR