• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ukrayna BMT TŞ-in iclasını çağırdı

DÜNYA

26 Mart 2023 | 20:29 | Müəllif: Subhan Mahmudov

Ukrayna BMT TŞ-in iclasını çağırdı

Ukrayna Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına cavab olaraq təcili BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz BMT Təhlükəsizlik Şurasının təcili olaraq fövqəladə iclasının çağırılmasını tələb edirik. Ukrayna Rusiyadan gələn nüvə təhlükəsinə qarşı Böyük Britaniya, Çin, Fransa və ABŞ-dan effektiv və operativ addımlar gözləyir", - məlumatda deyilir.

Qeyd edək ki, bir gün əvvəl Putin 2023-cü il iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisinin başa çatacağını açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026