Ukrayna ordusu Donbasda separatçılara məxsus müşahidə məntəqəsinə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qondarma “luqansk xalq respublikası”ndan məlumat verilib.
“İyunun 11-də “Qərb” xüsusi əməliyyatlar mərkəzinin diversiya qrupunun Qolubovskoe yaşayış məntəqəsindəki müşahidə postuna hücumu nəticəsində 5 nəfər öldürülüb”, - məlumatda bildirilib.
















